Təhsil Nazirliyindən 24 nəfərə xoş xəbər

Hazırda oxunan: Təhsil Nazirliyindən 24 nəfərə xoş xəbər

31735

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində daha 24 azərbaycanlı tələbə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. 

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavr (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcəklər.

Əsas məqsədi azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək olan Dövlət Proqramına qəbul olunmuş tələbələri təbrik edir, onlara təhsillərində uğurlar arzulayırıq. Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrin ölkəmizə qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacağına, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklərinə əminliyini ifadə edir.

Qeyd edək ki, Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixində başa çatacaq.

Təhsil üzrə Komissiyanın barələrində müsbət qərar verdiyi daha 24 namizədin siyahısı:

1. Abdullayev Əli Ceyhun oğlu
2. Ağayev Vüqar Rakif oğlu 
3. Bayramov Elşən Arif oğlu 
4. Bayramov Orxan Asəf oğlu 
5. Cəfərov Ramin Muxtar oğlu 
6. Cəfərova Leyla Fərhad qızı 
7. Əhmədov Əli İsmayıl oğlu 
8. Əliyev Ayxan Elxan oğlu 
9. Əsgərov İlkin Siyavuş oğlu 
10. İbrahimli Rəşid Rahid oğlu 
11. İbrahimov Nicat Fuad oğlu 
12. İsgəndərov Ceyhun Cəlal oğlu 
13. İslamova Xədicə İlham qızı 
14. İsmayılov Elçin Aydın oğlu 
15. İsmayılov Orxan Qalib oğlu
16. Kərimova Yemən Nizami qızı 
17. Mahmudova Fidan Əfqan qızı
18. Mehdiyev Qismət Qiymət oğlu 
19. Mustafayeva Könül Ceyhun qızı 
20. Qəribli Mahir Toğrul oğlu 
21. Şabanov Sənan Çingiz oğlu 
22. Sadıqova Nigar Adil qızı 
23. Xəlilli Toğrul Azər oğlu 
24. Xəlilli Aytac Nazim qızı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin