Eldar Əzizov açıq mikrofon layihəsini bərpa edir

Hazırda oxunan: Eldar Əzizov açıq mikrofon layihəsini bərpa edir

31715

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıq mikrofon layihəsini bərpa edəcək. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. 

Mənbənin sözlərinə görə, icra başçısı bununla seçki prosesində yaxından iştirak etmək və öz mövqeyini möhkəmləndirmək imkanı əldə edəcək: 

“E.Əzizov vaxtilə Sumqayıtda reallaşdırdığı açıq mikrofon layihəsini yenidən bərpa etmək niyyətindədir. İcra başçısı hesab edir ki, açıq mikrofin layihəsinin bərpası seçki öncəsi ona öz mövqeyini möhkəmləndirməyə, ali siyasi elitanın yanında öz etimadını artırmağa imkan verəcək. Bu baxımdan sentyabr ayından etibarən açıq mikrofon layihəsinin bərpa olunacağı gözlənilir. Vətəndaşlar isə hesab edir ki, açıq mikrofon layihəsi problemlərin həllinə deyil, onların gizlədilməsinə xidmət edir və bu səbəbdən də həmin layihəni əsla faydalı hesab etmək olmaz”.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin