Sabah hava necə olacaq?

Hazırda oxunan: Sabah hava necə olacaq?

31677

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinfən Moderator.az-a verilən məlumata görə, sabah ölkə arazisində hava aşağıdakı kimi olacaq:

Bakıda və Abşeron yarımadasında

Avqustun 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-23, gündüz 30-34 dərəcə isti olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, 

Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Avqustun 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 

Aqrometeoroloji şərh

Qısamüddətli qeyri-sabit hava şəraitindən sonra respublika ərazisində avqustun 08-dək temperatur rejimininin tədricən yüksələcəyi ehtimal edilir. Gecə və axşam saatlarında yalnız bəzi dağlıq rayonlarda yağış yağacağı ehtimal edilir. Gözlənilən normal temperatur rejimi kənd təsərrüfatı bitkilərinin inkişafına, pambıqda məhsuldar elementlərin formalaşmasına, çoxillik otların böyüməsinə səbəb olacaq. Əsasən yağmursuz hava şəraiti tarlalarda və bağlarda becərmə işlərinin aparılması, meyvə və bostanlarda məhsulun yığılması üçün əlverişli olacaq.


 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin