Əməliyyatdan çıxan Ağadadaş Ağayev niyə peyvənd olunub? – Səbəb

Hazırda oxunan: Əməliyyatdan çıxan Ağadadaş Ağayev niyə peyvənd olunub? – Səbəb

31645

Əməliyyatdan yeni çıxmış xalq artisti Ağadadaş Ağayevin vaksin vurdurması və bunu sosial şəbəkədə paylaşması qınaqla qarşılanıb. 

Bizim.Media xəbər verir ki, şəbəkə istifadəçiləri əməliyyatdan yeni çıxdığı üçün onun vaksin olunmasına icazə olmadığını yazıblar.

Ağadadaş Ağayev isə qınaqlara cavab verərək sosial şəbəkə hesabında bildirib: 

"Peyvənd məsələsi ilə bağlı Türkiyədə olanda hələ əməliyyatlarım gedən ərəfədə həkimlərdən soruşdum ki, oluna bilərəm? İcazə verildi. Türkiyə vətəndaşı olmadığım üçün orada etdirə bilmədim. Gəlib Bakıda vaksin vurdurdum. Onkoloji xəstə sayılmadığım üçün həkim dedi problem deyil. Həkimimlə dönə-dönə məsləhətləşmişdim. Belə məhdudiyyətin olduğu deyilmədi. Delta variantından qorunmaq üçün peyvəndin mütləq olduğu bildirilib. Mən də həkimimin sözünü icra etdim".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin