Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan mətbuat işçiləri Məhərrəm İbrahimov və Sirac Ablşovun ailə üzvləri bu gün Qubada "Media şəhidləri" parkını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, tədbirdə Quba İH başçısının 1-ci müavini Tariyel İbrahimov çıxış edərək bildirib ki, şəhidlərin xatirəsi hər bir azərbaycanlı üçün ucadır.
O, parkın qısa vaxt ərzində Quba sakinlərinin daimi ziyarət yerinə çevrildiyini də söyləyib. Daha sonra şəhidlərin ailə üzvləri jurnalistlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.
Sonda şəhidlərin yaxınları göstərilən diqqətə görə Quba rayon İH rəhbərliyinə təşəkkür edərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqla danışıblar.
Aytəkin Alxaslı, Quba

- A-
- A
- A+
Cəmiyyət
17:13 / 07.08.2021
Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri "Media şəhidləri" parkını ziyarət ediblər - FOTOLAR
Hazırda oxunan: Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri "Media şəhidləri" parkını ziyarət ediblər - FOTOLAR
Hazırda oxunan: Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri "Media şəhidləri" parkını ziyarət ediblər - FOTOLAR
31640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.