Marixuana satışı leqalaşlmalıdırmı? -AÇIQLAMA

Hazırda oxunan: Marixuana satışı leqalaşlmalıdırmı? -AÇIQLAMA

31573

Uruqvayda narkotik maddələr sırasına daxil olan marixuana satışının leqallaşması ilə bağlı qanun qəbul edilib. Qanuna görə, marixuana satışı ilə məşğul olan şəxslər bunun üçün lisenziya almalı, habelə vətənhdaşa satılan marıxuananın aylıq miqdarı 40 qramdan çox olmamalıdır. Uruqvaylı yetkililər hesab edir ki, marixuana satışının leqallaşması ölkədə narkobiznesin qanunsuz inkişafına zərbə vuracaq. 

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev də Moderator.az saytına açıqlamasında belə bir addımın əksər hüquqşünaslar tərəfindən məqbul hesab edildiyini qeyd etdi: 

“Bu, dünyada 50-nin 50-yə qəbul edilən bir məsələdir və əksər hüquqşünaslar bunu doğru addım hesab edir. Marixuana tərkibində narkotik maddə olan ot bitkisidir. Amerika, İngiltərə, Fransa və s. ölkələrə məxsus siqaretlərin tərkibində marixuanadan istifadə edilir. Məqsəd insanların tütünə olan tələbatını daha az siqaretlə qarşılamaqdır. Bu baxımdan belə bir qanunun qəbulu təqdirəlayiqdir. Lakin Azərbaycanda belə bir qanunun qəbulu mümkün deyil. Çünki bu qanunun qəbulu üçün öncə insanların özünün dünyagörüşü, maarifçilik səviyyəsi yüksək olmalı, ölkədə qanunlar yüksək səviyyədə işləməlidir. Azərbaycanda isə bu yoxdur”.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin