Dövlət Komissiyası narkomaniyaya qarşı qərarlar qəbul etdi

Hazırda oxunan: Dövlət Komissiyası narkomaniyaya qarşı qərarlar qəbul etdi

31532

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarət gücləndiriləcək.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

DİN antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət etdi


İclasda son dövrlərdə narkotik vasitələrin ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

İclasın yekunu olaraq gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin