Azay Quliyev “qara siyahı” hazırlayıb

Hazırda oxunan: Azay Quliyev “qara siyahı” hazırlayıb

31498


"Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsində qalib olmuş amma sonradan müqavilə üzrə götürdükləri öhdəliklərə əməl etməyən bir sıra təşkilatlar var. Biz həmin təşkilatların siyahısını hazırlamışıq. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, nəticələr olmadığından onları “qara siyahı”ya daxil etdik.  Növbəti müsabiqələrdə həmin təşkilatların layihələri qəbul edilməyəcək”. 
Bu sözləri Moderator.az-a açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Şura sədrinin sözlərinə görə, bu qərara həmin təşkilatlarla apardıqları  danışıqların nəticəsi olaraq gəliblər: “Biz həmin təşkilatlardan maliyyə hesabatlarını belə almaqda çətinlik çəkirik. Bir sıra hallarda layihələrin icrasını həyata keçirmirlər. Bir neçə QHT-in işində bunu sübuta yetirmişik. Ona görə də həmin təşkilatlar bir neçə il Şuraya layihə təqdim edə bilməyəcəklər”.
Azay Quliyev həmin siyahının yaxın günlərdə ictimaiyyət üçün açıqlanacağını da deyib. 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin