Tibb müəssisələrinin “Check up”  kampaniyası: MƏQSƏD NƏDİR?

Hazırda oxunan: Tibb müəssisələrinin “Check up”  kampaniyası: MƏQSƏD NƏDİR?

31487

Azərbaycanda özəl klinakalardan mesaj alaraq, müayinəyə dəvət olunanların sayı çoxdur. Bu cür tibb müəssisələri adətən vətəndaşlara cəlbedici xidmətlər təklif edir. Məsələn, qanın ümumi analizi, hepatitlərin müəyyən edilməsi, müxtəlif orqanların ultrasəs müayinəsi  (ÜSM) və s. xidmətlər daxil olan “Check up” müayinənin qiyməti cəmi 40-50 manat olur.

Xüsusilə özəl tibb müəssisələrində səhiyyə xidmətlərinin kifayyət qədər yüksək olduğu mövcud durumda bu təkliflər cəlbedici görünür.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusdan daha 8 nəfər öldü - STATİSTİKA


“Bu qədər işin qarşılığında 40 manat nədir ki?”- deyən vətəndaşlar kilinikalara üz tuturlar. Müayinələrin nəticəsindən razı qalanların, hansısa dərdinə çarə tapanların olub-olmadığı isə sual doğurur.

İddia olunur ki, özəl “medical center”-lərin bu cür kampaniyaların təşkilində əsas məqsədi vətəndaşı klinikaya cəlb etməkdir, bundan sonra hansısa xəstəlik taparaq, onu həmin müəssisənin “yolunu ölçməyə” və əlbəttə ki, bu yolda “pul tökməyə” vadar etmək asan məsələdir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, özəl kilinikalar özlərini “saxlamaq” məcburiyyətindədirlər:

“Onlar işçilərinə məvacib verir, vergi verir, çoxlu xərcləri var. Onların fəaliyyət göstəməsi üçün qazanması vacibdir, onlar da dollanmalıdırlar. Ona görə də bu cür təklif vermələri normaldır”.

Radioloq həkim müayinələrin insanlarda hansısa yalan xəstəliklər tapılması məqsədi ilə aparılması iddiası ilə razılaşmır. Onun fikrincə, bu yalnız nadir hallarda ola bilər.

Bəs, nəyə görə vətəndaşlar əksər hallarda bu kampaniyalardan narazı qalırlar?

Həkim radioloq bildirir ki, bu endirim aksiyaları zamanı tibb müəssislərində xidmət göstərənlərin soyuq yanaşmaları ilə bağlı ola bilər.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin