“Ərim dayə ilə əlbir olub...” – Övladları əlindən alınan ANANIN FƏRYADI

Hazırda oxunan: “Ərim dayə ilə əlbir olub...” – Övladları əlindən alınan ANANIN FƏRYADI

31479

Son zamanlar artan boşanmalar cəmiyyət içində həyacan siqnalının carçısıdır. Dağılan ailələr, pozulan əlaqələr özü ilə bir çox problemlər gətirir. Ən çox isə boşanmalar zamanı qəyyumluq məsələsində böyük problemlər yaşanır. 

Bəzən valideynlər aralarında olan kin, aqressiya görə, uşaqları qurban vernəyə, onlardan istifadə etməyə çalışırlar. 

“Usta ilə adıma əxlaqsızlıq damğası vurdular”

Bu hadisələrdən biri də bu gün ki, qəhrəmanımız Aygünün başına gəlib. 12 illik ailəsini ailədaxili şiddətə görə dağıdan qadın indi daha böyük bir problemlə üzləşib. Hazırda o, 8 aydır ki, uşaqlarının üzünü görmür. Həyat yoldaşı məhkəmədə ona şər-böhtan atıb, uşaqların dayəsi ilə əlbir olub, ananı övladlarına həsrt qoyub.

Məsələni zərərçəkmişin öz dilindən eşidək: 


“Səkkiz aydır qızımla, oğlumu görə bilmirəm. Yeni evə köçmüşdük. Çoxları bilir ki, yeni evə köçəndə bəzi yerlərdə təmir etmək lazım olur. Düz 1 aydan çox evimizdə hamam və mətbəxtə təmir işləri getdi. Təmirdə 5 usta işləyirdi. Keçmiş yoldaşım uşaqların dayəsi ilə əlbir olub, məhkəmədə üzümə durub məni əxlaqsızlıqda ittiham etdilər. Dayəm gizlin ustaların geyimini, ayaqqabılarını çəkib yoldaşıma ötürürmüş. Bu görüntülərlə o, məhkəmədə mənim əxlaqsız həyat tərzi sürdüyümü isbat edərək, valideynlikdən məhrum etdirdi. Sözsüz ki, mən bu qərarla barışmayıb, mübarizəmi sona qədər davam etdirəcəm”.

Bəs, məsələnin hüquq tərəfləri necədir? 


Bu sualla Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevə müraciət etdik. Vəkil Bizim.Media-ya açıqlamasında bildirib ki, məhkəmə belə hallarda İcra hakimiyyətinin nəzdində olan qəyyumluq şöbəsi və azyaşlıların işləri üzrə komissiyanın verdiyi rəyə əsaslanır. 

“Onlar birgə tədqiqat aparıb, uşaqların kiminlə qalması barədə rəy verirlər. Bu zaman Məhkəmə valideynlərin maddi və mənəvi imkanlarına, həyat tərzi və yaşayış şəraitinə baxaraq uşağın kiminlə qalmasına qərar verir”.

Ana nə zaman valideynlikdən məhrum oluna bilər?

Vəkillər Kollegiyasının üzvü həmçinin qeyd edib ki, əgər ananın əxlaqı, mənəvi, psixoloji problemi yoxdursa, uşaq on yaşına qədər ana ilə qalır.

“Əgər ana narkoman, əxlaqsız həyat tərzi sürürsə və ya psixoloji xəstədirsə, bu övladlarının ondan alınmasına əsas göstərilə bilər.  Ancaq bu deyilən iddialar mütləq faktlarla sübuta yetirilməldir. Məsələn əgər ana narkomandırsa, onun narkodispanserdə qeydiyyatı, əxlaqsızlıq edirsə bunun üçün görüntülər və canlı şahid olmalıdır. Yoxsa sözlə bunu heç kəs sübut edə biməz”.

10 yaşdan böyük  olan uşağın məhkəmədə rəyinin nəzərə alına biləcəyini deyən vəkil qeyd edib ki, bu məcburi deyil. 

“Bu zaman uşaqlarla azyaşlıların işləri üzrə komissiyası, sosioliq və psixoloq çalışır. Uşağın psixoloqla söhbət zamanı hansı valideyni ilə qalmağa meyilli olması ortaya çıxır. Bəlkə elə atası uşağa tez-tez konfet alır, ancaq onunla davranışı çox pisdir. Belə vəziyyətləri komissiya tərəfindən həyata keçirilən tədbirlər müəyyən edir”.

Bir ildən sonra məhkəməyə müraciət edə bilər...

Sonda Ə. Mustafayev valideynlikdən məhrum olan ananın yenidən məhkəməyə müraciət etmə hüququnun olduğunu da vurğulayıb.


“Anadan alınan övladlarının işinə məhkəmə yenidən baxa bilər. Ananın 1 ildən sonra qəyyumluq üçün məhkəməyə müraciət etməsi mümkündür. Bu zaman işə yenidən baxılacaq, sübutlar və faktlar yenidən incələnəcək. Bundan başqa qadın ona böhtan atdıqlarına görə, məhkəmədə keçmiş həyat yoldaşı və dayə haqqında təzminat davası aça bilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin