Ölkədə son günlər feministindən lesbiyanına, geyindən boşboğazınadək ayrı-ayrı güc strukturlarını hədəfə alıblar. Son günlər Daxili İşlər nazirliyi və Azərbaycan polsi hədəfə alınıb. Ordumuzu düşmən üzərində əzmkarlıqla qələbəsini həzm edə bilməyən antimilli qüvvələr bu dəfə də bir neçə cəbhədə cəsurluqla mübarizə aparan polisə qarşı hər cür iftiralar atır və hədyanlar uydurur.
General polkovnik Vilayət Eyvazovun təyinatından sonra nazirlikdə ciddi islahatların həyata keçirilməsi, narkomaniyaya qarşı mübarizənin sərtləşdirilməsi, insan alverinə, qadağan olunmuş oyunlara qarşı aparılan mübarizə, DİN Daxili Qoşunlarının cəbhədə qazanılmış qalibiyyətdəki danılmaz rolu, düşmən işğalından azad edilmiş bölgələrdə asayişin təmin edilməsi və s. kimlərinsə dincliyini pozub.
Onlar öz əxlaqlarına uyğun bir şəkildə Azərbaycan polisinə iftiralar və böhtanlar yağdırmağa çalışırlar.
Bu gün demək olar ki, Azərbaycan polisi bir neçə cəbhədə mübarizə aparmaqdadır. Ölkədə koronovirusla bağlı mübarizə istiqamətində qəbul edilmiş qaydalara riayət olunması, narkomaniya, xüsusiylə geniş yayılmış və ölkənin gələcəyini təhdid edən patı, digər maddələrin yayanlara qarşı mübarizə, düşmən işğalından azad edilmiş ərazilərdə nəzarət və əsayişin bərpa olunması kimi taleyüklü işlrlə məşğul olması, yəqin ki, daxili və xarici düşmənlərə dinclik vermir.
Unutmaq olmaz ki, Azərbaycan polisi şərəfli bir yolun yolçuları kimi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub.
Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 143 nəfər orden və medallara layiq görülüb. Eləcə də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Lakin bunca müsbətlərin üstündən xətt çəkərək, adi bir məişət hadisəsini, hansısa harınlamış birinin polisə qarşı nalayiq hərəkətini az qala haqlı kimi göstərməyə çalışma cəhdinə ad vermək çətindir.
Aparılan mübarizədə polisə yardımçı olmaq əvəzinə, onlara böhtan atmaq, onların haqlı mübarizəsini qaralamaq və bu saxta məlumatların ictimailəşdiririlməsi yalnız düşmən sifarişi və içimizdəki 5-ci kolonun əməllərinin bir nümunəsidir.
Çox güman ki, bu təbliğatın məqsədi polis-vətəndaş münasibətlərində süni surətdə gərginlik yaranmasını nəzərdə tutulur. Müasir dövrdə sosial şəbəkə amilindən bu məkrli insanlar intqriqanı dərinləşdirmək, saxta informasiya ilə mənfi fikir formalaşdırmaq və qarşılıqlı etimadsızlıq yaratmaq istəmələri ortadadır. Xüsusən də əsasən psixoloji problemli şəxslərin sosial şəbəkələrdə olsan və olmayan hadisələri özlərinin bəsit dünyagörüşlərinə uyğun cəmiyyətə ötürməsi faktları günbəgün artmaqdadır.
Bu sahədə cəzasızlıq görən bu zavallılar, hətta öz uydurduqları yalanlara da özləri inanmaqdadırlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi 80 minlik veteranlar ordusu adından Azərbaycan Ordusuna, Azərbaycan polisinə yönəlmiş şər və böhtan kompaniyalarına qarşı hər kəsi ayıq olmağa və bu cür hallara qarşı polislə birgə olmağa, həmrəy olmağa səsləyir. Hər birimiz Azərbaycan Polisiyik! Dara düşəndə, haqqınız pozulanda bu kolon nökərlərinə deyil, hər birimiz müraciət etdiyimiz bir ünvan var: Azərbaycan Polisi!
Xaqani Rzaquliyev, qazi-jurnalist