İntihar etdiyi deyilən 20 yaşlı gəlin ÖLDÜRÜLÜBMÜ? – Məhkəmə Ekspertizasının ŞOK rəyi - FOTO

Hazırda oxunan: İntihar etdiyi deyilən 20 yaşlı gəlin ÖLDÜRÜLÜBMÜ? – Məhkəmə Ekspertizasının ŞOK rəyi - FOTO

31444

Sabirabad rayonunda intihar etdiyi deyilən 20 yaşlı Səmayə Zeynalovanın özünə qəsd etmədiyi məlum olub. İstintaq araşdırmasının nəticəsinə görə  mərhumə Səmayə Xalid qızı Zeynalovanın intihar etməsi faktı iş üzrə təyin edilmiş  “Məhkəmə-Psixiatrik Ekspertizası”nın 1138№-li rəyi ilə təkzib olunub. 

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Səmayə Zeynalovanın ailəsinin hüquqi nümayəndəsi Samir Zeynalov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İntihar edən gəlinin ekspertiza rəyi niyə GECİKDİRİLİR? – Ailəsindən ŞİKAYƏT 


Onun sözlərinə görə təqdim edilmiş cinayət işi materiallarında Səmayə Zeynalovanın intihar etməsinə dair lazımi ekspertizaların rəyi öz əksini tapmayıb:

“Sözügedən rəydə ekspert - psixoloq tərəfindən Səmayə Zeynalovanın  fərdi-psixi xüsusiyyətlərinə görə hər kəslə yola gedən, ünsiyyətcil, emosianal şəxs olduğu qeyd olunub. Həmçinin şahid ifadələrində hadisədən əvvəlki dövrdə onun intihar etmək fikirində olduğunu göstərəcək hərəkət və davranış, emosianal vəziyyət təsvir edilməyib. Hadisə günü yaxınları tərəfindən normal əhval-ruhiyyədə olması, olayın anidən baş verməsi göstərilib. Qeyd edilənləri nəzərə alaraq Səmayə Zeynalovanın ölümündən bilavasitə əvvəlki dövrdə hərəkət və davranışını suisidlə (intihar) əlaqələndirmək, həmin vaxt keçirdiyi psixi-emosianal və ekstremal vəziyyətini müəyyən etmək mümkün olmayıb”. 

İctimai vəkilin dediyinə görə ölümündən əvvəl mənəvi-psixoloji vəziyyəti qənaətbəxş olan və ölümündən yarım saat öncə bacısı ilə xoş əhval-ruhiyyədə danışan Səmayə Zeynalovanın intihar etməsi ağlabatan deyil:
 

“Ekspert-psixoloqun qənaəti ölümün intiharla əlaqələndirilməsini inkar edirsə, o zaman 20 yaşlı Səmayənin ölümündə kimin müqəssir olması ilə bağlı suallara istintaq orqanı cavab tapmalıdır.


Lakin bu günə qədər bu suallar cavabsız qalıb və mərhumənin ailə üzvlərinin ürəkdağlayan aqibətindən də məlum olur ki, iş üzrə istintaq orqanı tərəfindən düzgün, ədalətli, obyektiv araşdırma təmin edilməyib. Zərəkçəkmişin hüquqi varisi, anası Dilarə Soltan qızı Əkbərovanın verdiyi məlumata görə iş üzrə həqiqətin bu günə qədər ortaya çıxmamasında əsas baiskar Tural adlı vəkildir. Bu şəxs onun və ailə üzvlərinin savadsızlığından sui-istifadə edərək bu günə qədər məsuliyyətdən kənarda qalmağı bacararaq şəxs və şəxlərin maraqlarına xidmət edib. Qeyd edim ki, mərhumənin ailəsi 20 yaşlı Səmayənin ölümündə onun qayınatası Əlişirin Zeynalovdan şübhələnirlər”. 

Ailənin hüquqi nümayəndəsi onu da əlavə edib ki, bir neçə gün öncə mərhumənin övladının 2 yaşının tamam olması münasibətilə atası tərəfindən təmtaraqlı ad günü mərasimi təşkil olunub:

“Bu hadisə zərərçəkmişin ailə üzvlərinin şübhələrini daha da artırıb və kəskin narazılığa, gərginliyə səbəb olub. Hələ 4 ay əvvəl arzuolunmaz şəkildə həyata vida etmiş Səmayə Zeynalovanın aqibəti nə onun həyat yoldaşı Eldar Zeynalovu, nə qayınatası Əlişirin Zeynalovu, nə də qayınanası Əntiqə Zeynalovanı zərrə qədər təsirləndirməyib. Bu isə  şübhələrin əsaslı olması qənaətini yaradır”.

Xatırladaq ki, hadisə aprelin 24-də Sabirabad rayonunun Cavad kəndində, qadının ər evində yaşanıb.
 

2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı bildirilir.


Gənc gəlinin özünü asdığı nar ağacının budağı həddindən artıq kövrək və elastikdir. Ailəsi 1 metr 72 sm boyu olan qızın ağacın əlavə qovşağından özünü asmasına inanmır. İddialara görə Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb.

Hadisədən sonra Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə təxirəsalınmaz zəruri istintaq hərəkətləri aparılıb. 

Alçina Amilqızı, Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin