“Bu fəsil yanğınların daha intensiv dövrü sayılır”.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, Lənkəranda baş verən yanğınla bağlı araşdırmalar aparılır:
“Bir neçə gün əvvəl Yardımlı, Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğınlar baş verdi. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, ETSN-nin əməkdaşları və yerli sakinlərlə birlikdə artıq söndürülüb. Ərazidə əsasən kol-kos, xırda ölçülü bitkilər yanıb. Lənkəranda baş verən yanğınla bağlı araşdırmalar aparılır. Yardımlıda ilkin ehtimala görə, yanğın hadisəsi qəsdlə törədilib. Çünki yanğını törədən alətlər tapılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır”.
Nazir müavini qeyd edib ki, meşə yanğınlarının 95 faizindən çoxu insan faktoru ilə bağlıdır:
“İnsanların təbiət qoynunda istirahət edən zaman təhlükəsizlik qaydalarına əməl etməməsi, siqaretdən istifadə edilən zaman söndürməməsi və digər bu kimi hallar nəticəsində yanğın hadisələri baş verir”.
“Yanğınlar zamanı meşələrə dəyən ziyan barədə ilkin hesablamaların aparılması ilə bağlı işçi qrupu yaradılıb. Məlumatlar ictimailləşdiriləcək. Meşələrdəki təhlükəsizliklə bağlı daim maarifləndirilmə tədbirləri, təlim aparılır. Bunun çox böyük təsiri var ki, yanğın olan zaman vaxtında müdaxilə edə bilirik”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 06.08.2021
Yardımlıda yanğın qəsdən törədilib? – RƏSMİ
Hazırda oxunan: Yardımlıda yanğın qəsdən törədilib? – RƏSMİ
Hazırda oxunan: Yardımlıda yanğın qəsdən törədilib? – RƏSMİ
31443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.