Yalçın Qəhrəmanoğlu 19 saat dindirmədən sonra sərbəst buraxıldı

Hazırda oxunan: Yalçın Qəhrəmanoğlu 19 saat dindirmədən sonra sərbəst buraxıldı

31364
İyulun 29-na keçən gecə Bakı aeroportunda saxlanılan Milli Şuranın Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu 19 saatdan sonra buraxılıb.

Moderator.az-ın məlumatına görə, onun vəkili Mənsur Bayramov Turan-a bildirib ki, Y.Qəhrəmanoğlunu DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar və orada gəlişinin məqsədləri barədə soruşublar. 

Y.Qəhrəmanoğlu özü Turan-a bildirib ki, ona qarşı fiziki təzyiq olmayıb. O hesab edir ki, saxlanmasına səbəb Milli Şurada iştirakıdır. 

Y.Qəhrəmanoğlu vaxtilə “Qərbi Azərbaycana (müasir Ermənistanın ərazisi) qayıdış” İctimai Birliyinin fəalı olub, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun hüquqlarını Müdafiə Komitəsinə daxil olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin