Sabunçu rayonunda evlərin birindən 6 min manat məbləğində pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusu oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
MÖVZU İIƏ BAĞLI:
Bakıda avtomobillərdən oğurluq edən narkotacirlər həbs olundu - FOTO
Həmçinin oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media