Olimpiadada medal qazanan boksçumuzun həyat yoldaşı Nigar danışdı

Hazırda oxunan: Olimpiadada medal qazanan boksçumuzun həyat yoldaşı Nigar danışdı

31332

“Mənim üçün onun hansı medalı qazanması o qədər də fərq etmir. Əsas odur ki, sağ-salamat Bakıya qayıdacaq, heç bir zədəsi yoxdur. Üçüncü yer də böyük nəticədir”.

Bizim.Media xəbər verir ki, bunu Tokio Olimpiadasında bürünc medal qazanmış Azərbaycan boksçusu Loren Berto Alfonso Dominqesin həyat yoldaşı Nigar Alfonso Dominqes deyib.

“Onun keçirdiyi görüşlərə baxmışam. Amma onda da bəzən baxırdım, bəzən də gözümü ekrandan çəkirdim. Ürəyim ağrıyırdı, baxa bilmirdim.

Mənim boks anlayışım yoxdur. Amma düşünürəm ki, yarımfinalda Kubadan olan rəqibinə uduzması yorğunluqdan irəli gəlirdi.

Dəqiq səbəbini bilmirəm. Özü ilə də danışmışam. Deyib ki, Bakıya gələcəyəm, ətraflı danışarıq. Mən də çox üstünə getmədim ki, daha da pis olmasın.

Bakıya gəldikdən sonra onunla hər hansısa plan qurmamışıq. Ancaq o, bununla dayanmayacaq, karyerasını davam etdirəcək, növbəti Olimpiadaya hazırlaşacaq”, – deyə Nigar Alfonso Dominqes deyib.

Qeyd edək ki, cütlük bu ilin əvvəlində evlənib. Onlar pandemiya səbəbindən toysuz ailə həyatı qurublar. Ancaq hər iki tərəf tezliklə toy etməyi də düşünür. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin