“Sovetski” sakinləri hüquq müdafiəçilərinə müraciət edəcək

Hazırda oxunan: “Sovetski” sakinləri hüquq müdafiəçilərinə müraciət edəcək

31308

 

Keçmiş “Sovetski”, indiki Nəriman Nərimanbəyov prospektində həyata keçirilən məcburi köçürülmə prosesi vətəndaşlar tərəfindən ciddi narazılığa səbəb olub. Hər kvadratmetrə görə dövlətdən 1500 manat məbləğində pul təklifi alan sakinlər, bu rəqəmin mövcud bazar qiymətlərindən bir neçə dəfə aşağı olduğu fikrindədir.

Bununla bağlı Moderator.az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, “Sovetski” sakinləri üzləşdikləri problemin həlli üçün tanınmış hüquq müdafiəçilərinə müraciət etmək niyyətindədir: “Vətəndaşlar tanınmış QHT rəhbərlərini, hüquq müdafiəçilərini problemin həllinə cəlb etməklə öz haqlarını bərpa etmək niyyətindədirlər. Bu səbəbdən də yaxın günlərdə əksər QHT rəhbərlərinə müraciət ünvanlanacaq. Sakinlər ümid edir ki, QHT rəhbərləri və ölkə mediasının dəstəyi sayəsində problemi ictimaiyiləşdirmək və pozulan haqlarını qismən də olsa bərpa etmək mümkündür. Hazırda QHT rəhbərlərinə ünvanlanacaq müraciətin mətni və bu müraciətə əlavə olunacaq sənədlərlə bağlı hazırlıq işləri davam edir”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin