Ölkə ictimiyyətinin diqqət mərkəzində saxladığı “Tərtər” hərbi cinayətinin növbəti istintaq məlumatını təqdim edirik.
Qeyd edək ki, “Tərtər işi” ilə bağlı Bizim.Media-nın sorğusuna əsasən Respublika Hərbi Prokurorluğu redaksiyamıza bir neçə istintaq videoları təqdim edib.
Görüntülərdə zərərçəkmişlərin ifadələri, dövlətə xəyanətə görə məhkum edilmişlərin düşmənlə məxfi təması və əməkdaşlığı barədə etirafları əks olunub.
MÖVZU İLƏ BAĞLI:
“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI
Bu dəfəki istintaq videosunda leytenant Nasif Əliyevin zərərçəkmiş əsgərlə üzləşmə səhnəsindən bəhs olunur.
“29 aprel 2017-ci il, gecə saat 12:00-da növbətçi idim. Nəsə səs gəlirdi. Nasif Əliyevə dedim bəlkə gedib baxaq. Dedi yox... Əlində smartfon telefon var idi. Üstündən bir neçə dəqiqə keçəndən sonra dedi, yaxşı gəl gedək. Soruşdum ki, atəş açmağa ehtiyac var? Lazım deyil, “silahını qoy bura, get mənim silahımı gətir” dedi. Artıq silah Nasifin çiynində idi və məni qabağa ötürdü. Getdiyim zaman, qəfil fanar söndü, boynumun ardından silahla vurdu və huşumu itirdim. Ayılanda gözlərimin və əllərimin bağlı olduğunu gördüm. Kimsə başımı iki qıçının arasına sıxdı, şalvarımı və tumanımı aşağı çəkdi”.
Xatırladaq ki, “Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü hazırda Tərtər Hərbi Prokuroru vəzifəsində çalışan Hümmət Məmmədovun sözügedən hadisə ilə bağlı saytımıza təqdim etdiyi bir neçə istintaq videolarını ictimailəşdirmişdik.
MÖVZU İLƏ BAĞLI:
Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL
Həmin videolarda da zərərçəkmişlərin ifadə və etiraflarından, məhkum edilmişlərin düşmənlə əməkdaşlığından söz açılırdı.
Daha ətraflı təqdim edəcəyimiz videogörüntüdə:
Alçina Amilqızı, Bizim.Media