“Rüstəm bəyin kafir olub olmaması müəmmalıdır, Sumqayıt axundu isə əməlli-başlı müşrikdir”.
Hər halda Ədalət Partiyasının sədr müavini Heydər Oğuzun bu gün facebook səhifəsində paylaşdığı statusundan belə çıxır. Statusu təqdim etməmişdən öncə qeyd edək ki, bir müddət əvvəl Sumqayıt cümə məscidinin axundu Hacı Rauf Sərdarov Rüstəm İbrahimbəyovu “donuz əti yeyən kafir” adlandırmışdı. Axunda “Dini etiqad azadlığı haqqında” AR qanununun məsciddə siyasi təbliğatı qadağan etməsini xatırlatdıqda isə onun cavabı belə olmuşdu:
“Biz ora yığılmışdıq ki, məscidin tikintisində yardımına görə cənab prezidentə minnətdarlığımızı bildirək.”
Bu məsələyə münasibət bildirən Heydər Oğuz öz status açıqlamasında bildirib:
“Bir insan donuz əti yeməklə kafir olmaz. Əvvəla, ona görə ki, kafirlik yeməklə deyil, inanışla ölçülür. Bir donuz əti yeyənin kafir olduğuna qərar vermək üçün onun süfrəsinə yox, əqidəsinə baxılmalıdır. Mümkündür ki, bu adam donuz ətinin haram olduğunu bilsin, amma onu yesin. Bu adamınyediyinəgörədaşıdığıgünahvarsabeləonunadıkafirlikdeyil.İkincisi, Quran istisna hallarında olsa belə donuz əti yeməyə icazə verir.
Amma həmin kitab zalımın atdığı yal ıyeyib dini zülm alətinə çevirənlərə heç bir halda haqq qazandırmır.Hələ bu nankor adam
din xadimisə... Allah əvəzinə zülmə xidmət edənlərin, zalımların mədhiyyəsinə
dini motivləri qoşanların İslamda bir adı var-müşrik. Müşriklik isə kafirlikdən
daha böyük günahdır.
Müşrikliyə
yuvarlanan heç bir din xadimi "məscid tikilsin- deyə yaltaqlanmağa
məhkumam" kimi fikirlərlə öz əməlinə haqq qazandıra da bilməz. Ən azı ona
görə ki, İslam tarixində Məhəmməd peyğəmbərin zalımlar tərəfindən tikilən
məscidi darmadağın etməsi hadisəsi var. Bu onu göstərir ki, İslam səbəb nə
olursa-olsun palçığına zülm suyu qarışmış məscidləri Allah evi kimi qəbul
etmir, onların zülm ocağı kimi dağıdılmasını məsləhət bilir. Halbuki yuxarıda
da qeyd etdiyim kimi dinimiz donuz əti yeməyə müstəsna hallarda icazə vermişdir.”
Əməkdaşımızla söhbətində Ədalət Partiyası Sədrinin İdeoloji məsələlər üzrə müavini Heydər Oğuz bunları da əlavə etdi:
“Azərbaycan öz Konstitusiyasına görə dünyəvi dövlətdir. Bu, dinin siyasətə alət edilməsini tamamilə yasaqlayan prinsipdir. Sumqayıt axundu isə öz səlahiyyət həddini aşaraq hansısa bir siyasətçini kafirlikdə ittiham etməklə qalmır, bir də bütün bunları rayonun icra başçısının qarşısında söyləyir. İcra başçısı da susur. Bu fakt dinin siyasi məqsədlər üçün istifadə edilməsinin bariz nümunəsidir ki, onun məsuliyyətini yalnız axund deyil, həm də Sumqayıtın icra başçısı da daşıyır. Azərbaycan hakimiyyətində öz qəbul etdiyi qanunlara hörmət etmək hissi varsa, həmin icra başçısını da, axundu da tutduğu vəzifədən dərhal azad edər və onların barəsində cinayət işi qaldırar.”































































































