Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə, sabah Azərbaycandakı hava durumu belə olacaq.
Bakıda və Abşeron yarımadasında
İyulun 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyulun 27-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 30-35,
dağlarda gecə 10-15, gündüz 18-23 isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
İyulun 27-si gündüz, 28-də respublika ərazisində nisbətən isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, yalnız bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışların düşməsi ehtimal edilir. Yay dövrü üçün münasib olan normal isti temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atması, inkişafı və məhsulun yetişməsi üçün əlverişli olacaq, xüsusən, bostanlarda, üzüm və meyvə bağlarında. Gözlənilən hava şəraiti tarlalarda və bağlarda aqrotexniki işlərin görülməsi və bağ-bostanlarda məhsulun yığımı üçün əlverişli olacaq.







































































































