"MİQ imtahanlarında əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplamaqdır".
Bizim.Media bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
Nazirin sözlərinə görə, yeniliklərdən biri budur ki, müəllimlər üçün bir neçə dəfə MİQ imtahanında iştirak imkanı yaradılacaq:
“Bəzi təkliflər var idi ki, bir fənn üzrə bütün müəllimlər eyni gündə eyni imtahanı versin, eyni sualları cavablandırsın. Amma 15 min müəllimi eyni otaqda oturtmaq olmur. Onda da şikayətlər olur ki, bizim otağımızda nəzarət daha zəif idi, bizim otaq daha isti idi, daha soyuq idi, səs var idi və s. Ümumiyyətlə, eyni gündə eyni imtahanı keçirməkdənsə, bir müəllimə bir neçə MİQ imtahanında iştirak etmək şansı verməyin tərəfindəyəm”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:14 / 04.08.2021
Müəllimlərə bir neçə MİQ imtahanında iştirak etmək şansı veriləcək
Hazırda oxunan: Müəllimlərə bir neçə MİQ imtahanında iştirak etmək şansı veriləcək
Hazırda oxunan: Müəllimlərə bir neçə MİQ imtahanında iştirak etmək şansı veriləcək
31193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.