Həyatı ərzində insanlar 5 ekvator məsafəsi, yəni, 200 min kilometr məsafə qət edir (ekvatorun uzunluğu 40 min 75 kilometrdir).
Bizim.Media xəbər verir ki, insan nə qədər ağıllı olsa, onun saçının tərkibində bir o qədər çox mis və sink olur. Digər maraqlı fatklara gəlincə...
İntim üçün internetdə tanış olmaq istəyənlərin 35 %-i ailəlidir.
Orta hesablama ilə insanlar 7 dəqiqəyə yuxulayır.
Təxminən 365 milyon insan kompüterdən istifadə edir. Amma 2016-cı ilin statistikasına görə dünya əhalisinin yarıya qədər heç mobil telefon görməyib.
Doğum gününüzü təqribən 20 milyon insanla bölüşürsünüz.
Qadınların IQ-sü kişilərdən yüksəkdir.
Körpələr 6-7 aylıqlarına eyni vaxtda həm nəfəs ala, həm də (qida) uda bilirlər. Yetkin insanlar bunu bacarmır.
Kişinin qazancı nə qədər çoxdursa, həyat yoldaşına xəyanət ehtimalları da bir o qədər artır.
Orta hesablamalarla tənha kişilərin boyu ailəlilərdən 2.5 sm alçaq olur.
Evdar xanım təkcə ev işlərinə görə gün ərzində 11 kilometr hərəkət edir.
Hər üç dəqiqədə dünyada kimsə uçan boşqab, yadplanetli gördüyünü iddia edir.
Göy göz insanlar qaranlıqda daha yaxşı görür. Sizə yalan danışanlar isə gözlərini ya sola, ya da yuxarı qaldırırlar.
Çinin qərbində çaya şəkər əvəzinə duz qatırlar.
Rusiya 12 dənizlə əhatə olunan yeganə ölkədir.
İnsanın həyatı ərzində qidalanmağa 5 ili gedir.
Vəd verdiyimiz kimi, maraqlı faktlarla insanların dünyagörüşü və bilik səviyyəsini artırmağa davam edirik. Davamı var...
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:15 / 04.08.2021
Kişi qadınına nə zaman xəyanət edir? - MARAQLI FAKTLAR
Hazırda oxunan: Kişi qadınına nə zaman xəyanət edir? - MARAQLI FAKTLAR
Hazırda oxunan: Kişi qadınına nə zaman xəyanət edir? - MARAQLI FAKTLAR
31181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.