“Mərkəzi Klinika”nın saytına haker hücumu olub. Musavat.com-un məlumatına görə, ölkənin ən tanınmış tibb müəssisəsinin saytının ana səhifəsində 2 yaşlı İmran Cəfərovla bağlı müraciət yerləşdirilib.
“Buradan Mərkəzi Klinikanın böyüklərinə səslənirik. Sizdə insaf varmı? Bu balaca canını sizə əmanət edib. Ondan hər günə 800 AZN alırsınızsa hansı insanlıqdan danışırsınız? Bir xəstədən pul almamaqla siz kasıblamayacaqsınız!”, - müraciətdə deyilir.





























































































