Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-mayor Heydər Piriyevə müavin təyin edilib.
Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, general Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytinant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.
Müdafiə naziri general - polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.
MÖVZU İLƏ BAĞLI:
Məşhur general Hikmət Həsənov işdən çıxarıldı - ƏMR
Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.
Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.
Bizim.Media