"Müsavatçının evində axtarış aparılması məlumatları əsassızdır" – DİN-dən AÇIQLAMA

Hazırda oxunan: "Müsavatçının evində axtarış aparılması məlumatları əsassızdır" – DİN-dən AÇIQLAMA

31025

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov  bildirib ki, iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub.

Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün B.Əmrahov ondan 500 (beş yüz) manat pul almasına baxmayaraq, heç bir müalicə işi aparmayıb.

Həmin şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin