Bakıda “Təcili Tibbi Yardım” problemi

Hazırda oxunan: Bakıda “Təcili Tibbi Yardım” problemi

3100

Son günlər təcili yardım çağırışlardan imtina etdi, ya da iki saat sonra gəldi kimi, şikayətlər çoxalmağa başlayıb. 

Sosial şəbəkələrdə də istifadəçilərin “103”- lə bağlı şikayətlərində artım var. 

Nərgiz adlı sosial media istifadəçisi 103 nömrəsi ilə əlaqə saxlaya bilsə də, operator xəstənin qızdırması olduğunu biləndən sonra həkim göndərməkdən imtina etdiyini qeyd edir.

Digər soial şəbəkə istifadəçi Arzu Abdulla Gulzamanın statusunu olduğu kimi təqdim edirik.

“Qonşumuz yıxılıb, ayağı qırılıb. Düz bir saatdan sonra gəldi təcili yardım. Yer bütün qan idi, sümük ətdən aralanıb görünürdü”.

Jurnalist Afət Telmanqızı öz statusunda təcili yardımın gecikməyindən şikayət edib.

Həkim heyətinin nə az, nə çox düz 45 dəqiqə gec gəlib çatdığını yazıb.

Yaranmış problemlə bağlı səlahiyyət sahiblərindən cavab ala bilmədik.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilmədi. 

Məsələni tibbi ekspert, professor Adil Qeybulla ilə çözməyə çalışdıq. 

Proffessor dedi ki, bu gün təcili yardımı heç kim qınamamalıdır. Nəzərə alın ki, ölkədə koronovirus xəstələrinin sayı 2 mini ötür.

Bu da o deməkdir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım gün ərzində 5-10 mindən çox çağırış daxil olur:

“Təcili yardım heyəti sadəcə olaraq çatdıra bilmirlər.

 ''Mən demirən təcili yardım qüsursuzdur''.

''Onların fəaliyyətində problemlər olmaqla yanaşı bunun obyektiv tərəfi də var''.

''Postpandemiya dövründən sonra onların fəaliyyətini yenidən müzakirə etmək yaxşı olardı''.

''Bu gün xəstəxanalarda maşın, həkim, çatışmazlığı var. Çünki ehtiyac çoxalır.” – deyə doktor əlavə edib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin