Kamil Həmzəoğlu: "Azərbaycanı mediasız qoyan bir çox "media nəzarətçilərinə" də bircə onu deyirəm ki..."

Hazırda oxunan: Kamil Həmzəoğlu: "Azərbaycanı mediasız qoyan bir çox "media nəzarətçilərinə" də bircə onu deyirəm ki..."

30996

Ehtiyacı, haqqı olan və mənzil alan peşəkar, vicdanlı həmkarlarımı ( ən yaxşı halda təxminən 15-20 həmkarımı) təbrik edir, onlara gözaydınlığı verir, xeyirli olsun, təzə mənzilinizdə hər zaman xeyir günlərinizə yığışaq, deyirəm...Amma bizim (mənzilə daha çox ehtiyacı, haqqı olub, ancaq kənarda qalan böyük əksəriyyətin haqqını) haqqımızı NAMƏRD VƏ NASİNScəsinə yeyib, oğurlayıb, kimlərinsə və nələrinsə (belə demək mümkünsə, "media" sərəfsizlərinin) "şotuna" həyasızcasına mənzil sahibi olan, daha doğrusu, onu qahmarlayan bir çox (böyük əksəriyyəti) jurnalistləri (ZİRnalist və ZURNAlistləri) isə heç cür təbrik edə, onlara xeyir-dua verə bilmərəm...Qoy kim nə deyir, desin, kim inciyir, incisin, buna sadəcə, əlim gəlmir və gəlməz, vicdanım yol vermir və verməz...

...Azərbaycanı mediasız qoyan bir çox "media patronlarına" və "media nəzarətçilərinə" də bircə onu deyirəm ki, sizlərdən fərqli olaraq, Böyük Yaradanımız, Gözəl Allahımız, Uca Rəbbimiz hər şeyi görür və gec-tez yerbəyer edir. Buna adım kimi əminəm, siz də əmin olun!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin