“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin üçüncü həftəsinə start verilib.
Fonddan Bizim.Media-ya verilən məlumata görə, ilkin olaraq açılış mərasimi, komanda ilə tanışlıq təşkil olunub.
Sonra art terapiya təlimi həyata keçirilib. İlk gündə iştirakçılar üçün əyləncə və musiqili şou proqram da reallaşdırılıb.
Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.
Düşərgənin üçüncü həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir.
Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə dən sonra müalicə prosesinə cəlb olunacaqlar.
İyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək.
Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 03.08.2021
“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başladı - FOTO
Hazırda oxunan: “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başladı - FOTO
Hazırda oxunan: “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başladı - FOTO
30959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.