Qənirə Paşayeva 700 bal toplayan qızı ziyarət etdi

Hazırda oxunan: Qənirə Paşayeva 700 bal toplayan qızı ziyarət etdi

30872

III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan abituriyent Murğuzova Nərminə sevincini musavat.com-la bölüşdü. Ölkə üzrə rekord nəticə qazanan Nərminə Murğuzova 700 bal topladığı üçün çox sevindiyini deyib və bunun üçün valideynlərinə, müəllimlərinə borclu olduğunu bildirib. Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbini bitirən Nərminə 700 bal toplayacağına əmin olduğunu deyir. Nərminəni ziyarətə getdiyimiz zaman millət vəkili Qənirə Paşayevanın da abituriyentimizi və ailəsini təbrik etmək üçün orada olduğunu gördük.

Q.Paşayeva Nərminənin 700 bal toplayaraq valideynlərinin və rayonumuzun üzünü ağ elədiyini dedi: “Nərminə qəbul imtahanında yüksək bal toplayaraq həm bizlərin, həm valideynlərinin başını uca etdi. Bir qızın bu qədər yüksək bal toplaması mənim üçün daha gözəldir. Bu feminizm deyil. Təhsilli qadınlarımız nə qədər çox olsa cəmiyyət o qədər irəli gedəcək. Nərminəni əvvəldən tanıyırdım. Biz gözləyirdik ki, o yüksək bal toplayacaq. Nərminənin bacısı Aytəndən də yüksək nəticə gözləyirəm. Nərminə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxumaq istəyirdi. Amma belə qərara gəldik ki, Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasında oxusun. İnşallah belə davam edər və yaxşı nəticə ilə təhsilini başa vurar”.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin