Jurnalist
Xədicə İsmayılova iyulun 17-də Binəqədi Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə
İcraçıları Şöbəsində olub. “Musavat.com”un məlumatına görə, məhkəmə icraçıları
onu Əlillərin Bərpa Mərkəzinə aparıblar: “Orada funksional diaqnostika
şöbəsində təmizlik işləri görməyi təklif etdilər. Soruşdum ki, bu məkan
ictimaiyyət üçün açıqdırmı? Dedilər “Yox”. İmtina etdim. Mənə əvvəl təklif
olunmuş süpürgəçi işi ilə təmin olunmağımı istədim. Dedim ki, ictimaiyyət üçün
qapalı məkanda işləməyəcəyəm.
İcra məmuru işdən imtina edəcəyim halda məni həbs gözlədiyini dedi. Dedim ki,
mən nə işdən, nə həbsdən qorxuram. Amma görəcəyim işi ictimaiyyətin gözü
qarşısında görmək istəyirəm”.
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova yanvarın 26-da Bakıda meriya
ilə razılaşdırılmamış aksiyada iştirak etdiyinə görə 400 manat cərimələnib.
Cərimə ödənmədiyindən Binəqədi Rayon Məhkəməsi iyunun 10-da jurnalistin 220
saatlıq ictimai işə cəlb olunması qərarı çıxarıb.
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 17.07.2013
Xədicə İsmayılova təklif olunan işdən imtina etdi
Hazırda oxunan: Xədicə İsmayılova təklif olunan işdən imtina etdi
Hazırda oxunan: Xədicə İsmayılova təklif olunan işdən imtina etdi
30862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































