Hazırda Milli Məclisin İntizam komissiyasının iclasında polisə xəsarət yetirən millət vəkili Eldəniz Səlimovun məsələsinı baxılır.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, iclasda komissiya üzvləri ilə yanaşı, deputatın özü də iştirak edir.
Deputatlar toplantıda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatı müzakirəyə edirlər.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan polisi döyən deputatla bağlı AÇIQLAMA
Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Vüsalə Balayeva, Bizim.Media