Əsirlərə işgəncə vermiş ermənilər Azərbaycan xalqından üzr istədilər

Hazırda oxunan: Əsirlərə işgəncə vermiş ermənilər Azərbaycan xalqından üzr istədilər

30837

Bu gün Yasamal rayon Məhkəməsində birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə iclaslarının qanunun tələblərinə uyğun aparıldığına görə təşəkkür edib.

Daha sonra son söz deyən təqsirləndirilən şəxslər bildiriblər ki, məhkəmə proseslərində onlarla çox yaxşı davranıblar:

"Azərbaycan Prezidentindən, Azərbaycan xalqından üzr istəyirik. Yalvararaq bizi bağışlamağı xahiş edirik”.

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin