Koronavirus pandemiyası başlayandan bu yana bunun fəsadlarına qarşı tədbirlər üçün Beynəlxalq Valyuta Fondu (IMF) 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq vəsait ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən IMF-in idarəçi direktoru Kristalina Georgiyevanın bloqunda bildirilir:
“Bu böhrana qarşı misilsiz şəkildə tədbirlər görərək həm də 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq yeni maliyyə ayırmışıq".
"Bu böhranın öhdəsindən gəlmələri, pandemiyadan sonra daha yaxşı iqtisadiyyat qurmaları üçün 190 üzv ölkəmizə daha çox yardım etməyə çalışırıq”.
Qurum rəhbəri həmçinin ən qısa müddətdə pandemiyaya son qoymaq və dünya iqtisadiyyatını dirçəltmək üçün G-20 ölkələrini bir daha birgə fəaliyyətə çağırıb
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:23 / 19.11.2020
Koronavirusla mübarizəyə bu qədər vəsait ayrıldı
Hazırda oxunan: Koronavirusla mübarizəyə bu qədər vəsait ayrıldı
Hazırda oxunan: Koronavirusla mübarizəyə bu qədər vəsait ayrıldı
3082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.