Baş Prokurorluğunun Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı genişlənir

Hazırda oxunan: Baş Prokurorluğunun Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı genişlənir

30787

İyulun 10-11-də Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) dünyanın korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı mütəxəssislərindən hesab olunan Robert Klitqaardın bu sahədə təcrübəsinə dair seminar keçirilib.

Moderator.az-ın məlumatına görə, Almaniya, Fransa, Rusiya, Avstriya, Braziliya, Polşa, İndoneziya və digər ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru Sahib İsmayılov təmsil edib.

Seminarda korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətlər əldə etmiş ölkələrin qabaqcıl təcrübəsi, bu istiqamətdə elektron-informasiya texnologiyalarından istifadənin labüdlüyü, nağdsız pul əməliyyatlarının daha geniş tətbiqi, vətəndaş-məmur təmasının minimuma endirilməsi üsulları müzakirə olunub.

Tədbir iştirakçılarına paylanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri, əldə edilmiş nailiyyətləri özündə əks etdirən bukletlər böyük maraqla qarşılanıb.

 

.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin