Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdə 29 yaşlı gənc bıçaqlandı
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu toy mərasimi zamanı düşən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb. (Report)
Bizim.Media