Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sərkar, Alıuşağı, Burunqovaq və Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
DİN Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar zamanı hər 4 ünvanda ev sahiblərinin 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil etdikləri məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ötən gün toylara neçə nəfər buraxılmayıb?
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Bundan başqa rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 40 nəfər restorana buraxılmayıb.
Bizim.Media