ADAU-da Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 44 illiyilə bağlı dəyirmi masa keçirilib

Hazırda oxunan: ADAU-da Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 44 illiyilə bağlı dəyirmi masa keçirilib

30712


Moderator.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə Azərbaycan Dövlət Aqrar Universitetində ulu öndərin Azərbaycanın siyasi rəhbəri seçilməsinin 44-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib. İştirakçılar ötən tarixə hərtərəfli nəzər salıb, məruzə və çıxışlarda Heydər Əliyev siyasətinin dünəni, bu günü və sabahı barədə dəyərli fikirlər səsləndirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi İbrahim Cəfərov  bildirib ki, 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. 213 iri sənaye müəssisəsi işə salındı. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olundu. Bu illərdə istehsal edilən sənaye məhsulları həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. 1990-cı ilin qanlı yanvarında xalq Heydər Əliyev sevgisini yenidən yaşadı. 20 yanvar qırğınında ulu öndər heç nədən çəkinmədən Moskvadakı nümayəndəliyə gəldi və rus ordusunun Bakıda törətdiyi qırğını qətiyyətlə pislədi.

Tədbirdə deyilib ki, Azərbaycan bu gün də Heydər Əliyev siyasətinin hərtərəfli bəhrəsini yaşayır, prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin uğurlu nəticələrinin şahidinə çevrilir.                                                                

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin