Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən verilən məlumata görə, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib.
MÖVZU İLƏ BAĞLI:
FHN-dən Zığ şosesi yaxınlığındakı yanğınla bağlı AÇIQLAMA - VİDEO
Məlumatda bildirilir ki, yanğın zamanı məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb.
Bizim.Media