Baş Prokurorluğun əməkdaşları Avropa Şurasının tədbirində iştirak edib

Hazırda oxunan: Baş Prokurorluğun əməkdaşları Avropa Şurasının tədbirində iştirak edib

30700

İyulun 2-3-də Kiyev şəhərində Avropa Şurasının təşkilatçılığı ilə “Düzgün İdarəçilik və Korrupsiyaya qarşı mübarizə” layihəsi çərçivəsində “Hüquqi şəxslər tərəfindən törədilən hüquqpozmalara görə cinayət, inzibati və mülki məsuliyyətin tətbiqi ilə əlaqədar standartların implementasiyası” mövzusunda 2-ci regional məşğələ keçirilmişdir.


Seminarda Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və digər ölkələrdə hüquqi şəxslər tərəfindən törədilmiş korrupsiya hüquqpozmalarına görə  mülki, inzibati və cinayət məsuliyyəti ilə əlaqədar mövcud hüquqi təcrübənin, qanunvericiliyin və qanun layihələrinin təqdimatları keçirilmiş, müxtəlif ölkələrdə törədilmiş cinayət hadisələri ilə bağlı təhlillər aparılmışdır.


Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru vəzifəsini icra edən Samir Mahmudov çıxış edərək, Azərbaycan Respublikasında hüquqi şəxslərin mülki və inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsasları və təcrübəsi, gələcəkdə ölkə daxilində hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin tətbiqi istiqamətində cinayət qanunvericiliyində edilmiş dəyişikliklər və əlavələr, habelə bununla bağlı hazırlanan qanun layihələri barədə seminar iştirakçılarına məlumat vermiş və iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmışdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin