Şahlar Əsgərov qiyabi təhsilin ləğv olunmasını pislədi - AÇIQLAMA

Hazırda oxunan: Şahlar Əsgərov qiyabi təhsilin ləğv olunmasını pislədi - AÇIQLAMA

30606

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 2015-ci ildən etibarən qiyabi təhsil üzrə tələbə qəbulunun dayandırılacağını bildirib. 

Bununla bağlı Moderator.az saytının sualını cavablandıran sabiq millət vəkili, professor Şahlar Əsgərov qiyabi təhsilin tam ləğvini doğru hesab etmədiyini bildirdi: 

“Qiyabi təhsili tam olaraq ləğv etməyi məqbul hesab eləmirəm. Sadəcə, onun miqyasını  azaltmaq olar. Yəni qiyabi təhsil alanların sayını ikiqat, üçqat azaltmaq olar. Lakin qiyabi təhsili tam olaraq ləğv etmək doğru deyil. Çünki belə bir addım xeyli insanın təhsil almaq hüququnu əngəlləmək deməkdir. Bu isə yolverilməzdir. Bu səbəbdən də qiyabi təhsilin yalnız miqiyası azaldıla bilər. İnformasiya-kommunikasiyalar

 texnologiyaları inkişaf etdikcə, bunu diskant təhsilə çevirmək lazımdır. Məsələnin bu hissəsi ilə razıyam”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin