“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi - FOTO

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi - FOTO

30564

İyulun 30-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, “Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin üzvü Anar Ələkbərov müsabiqənin qalibləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, müsabiqə qalibləri elan edildikdən sonra bu, onlarla keçirilən ilk görüşdür.

“Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev bu görüşün Heydər Əliyev Mərkəzində təşkilinin rəmzi məna daşıdığını bildirib.

Qeyd edib ki, müsabiqə ölkə həyatı üçün önəmli olacaq idarəçiləri seçir. Bu çətin müsabiqədə qalib gəlmək iştirakçıların böyük potensialından xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

“Yüksəliş”in qaliblərinin adları açıqlandı - SİYAHI


Anar Ələkbərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin adını daşıyan bu Mərkəzdə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşmək qürurvericidir.

Müsabiqənin əhəmiyyətindən danışan A.Ələkbərov gələcəkdə Azərbaycanda kadr potensialının yaradılması üçün peşəkar mütəxəssislərdən ibarət komanda formalaşdırılmasına diqqət çəkib, finala çıxmış 112 nəfərdən 27-nin qalib gəlməsinin çox sevindirici hal olduğunu deyib.

Qeyd olunub ki, müsabiqə qaliblərinin potensialından gələcəkdə istifadə edilməsi dövlətimizin başçısının və birinci xanımın xüsusi diqqətindədir.

Eyni zamanda, dövlətin bu qaliblərdən böyük gözləntiləri var. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsində müvafiq məsələ ilə bağlı müzakirə aparılıb.

Fikir mübadiləsi formatında keçən tədbirdə müsabiqə qalibləri Orxan Zakirov, Orxan Qazı Zadə, Leyla Xəlilova-Rzazadə, Semral Əliyev, Xamis Seyranov görüşün təşkilinə görə təşəkkürlərini bildiriblər.
 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının 21-51 yaşlı, ikiillik idarəçilik təcrübəsi olan ali təhsilli vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn və əyani seçim, yarımfinal və finaldan ibarətdir.


Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin