2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən Bizim.Media-ya bildirilib ki, “Kapital Bank” və Azərbaycan Beynəlxalq Bankının maliyyə partnyoru olduqları, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
2020-ci ilin may ayından bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb.
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin ikinci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank xətti ilə ümumilikdə 235 milyon 517 min 348 çek üzrə 94 milyon 692 min 90 manat həcmində ƏDV məbləği geri qaytarılıb.
2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da “ƏDV geri al” layihəsinə olan kütləvi marağın göstəricisidir.
Təkcə 2021-ci ilin 1-ci yarımilliyi ərzində 155 milyon 506 min 944 kassa çeki üzrə 61milyon 269 min 701,56 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 30.07.2021
Vətəndaşlara 94,7 milyon manat geri qaytarıldı - SƏBƏB
Hazırda oxunan: Vətəndaşlara 94,7 milyon manat geri qaytarıldı - SƏBƏB
Hazırda oxunan: Vətəndaşlara 94,7 milyon manat geri qaytarıldı - SƏBƏB
30525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.