Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qruplarının Füzuliyə səfəri başa çatıb və Şuşa səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına Şuşa şəhərinin ilkin ərazi planlaşdırması barədə məlumat verib.
O, qeyd edib ki, Şuşa şəhəri Qoruq elan olunub və bununla bağlı Baş planda xüsusi planlaşdırma təklifləri verilib:
"Şuşanın ümumi ərazisini əhatə edən təbii sərhəd zonası var. Baş planın işlənməsi zamanı ilk olaraq şəhərdəki küçə-yol infrastrukturunun yaradılması yer tutmalıdır. Şəhərin tarixi abidələri zəngindir, 200-ə qədər tarixi abidə var, onların əksəriyyəti bərpa prosesinə cəlb olunacaq. Şəhərin mərkəzi üçün daha sıx, daha aktiv həyat funksional həll verilib, burada 4-5 mərtəbəli yaşayış və ictimai işgüzar binalar olacaq. Yeni məscid kompleksi tikiləcək, artıq Prezident tərəfindən təməli qoyulub. Şəhərin giriş-çıxışı da xüsusi işlənəcək. Əsas məqsəd məskunlaşmağa hazır olan kimi və insanlar qayıdanda şəhəri dayanıqlı və komfortlu şəkildə təşkil etməkdir. Bunlar ilkin həllərdir, müzakirələr davam edir. Paralel bəzi kommunikasiya prosesləri aparılır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:46 / 30.07.2021
Aydın Kərimov Şuşanın planı barədə şəhərə gələn rəsmilərə məlumat verdi – FOTO
Hazırda oxunan: Aydın Kərimov Şuşanın planı barədə şəhərə gələn rəsmilərə məlumat verdi – FOTO
Hazırda oxunan: Aydın Kərimov Şuşanın planı barədə şəhərə gələn rəsmilərə məlumat verdi – FOTO
30512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.