Baş Prokurorluq vətəndaşlara müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir:
“COVID-19” pandemiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə ölkə miqyasında çoxşaxəli tədbirlər həyata keçirilir.
Təəssüflər olsun ki, yaranmış həssas vəziyyətdən öz şəxsi maraqları naminə istifadə edilməsi hallarına rast gəlinir. Vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videomüraciət ictimaiyyətə təqdim olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:51 / 30.07.2021
Baş Prokurorluq vətəndaşlara müraciət etdi - VİDEO
Hazırda oxunan: Baş Prokurorluq vətəndaşlara müraciət etdi - VİDEO
Hazırda oxunan: Baş Prokurorluq vətəndaşlara müraciət etdi - VİDEO
30500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.