Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.
Prokuror ittiham aktını elan edib. İttihama görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Bu zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdikləri, onu saymadıqları ilə bağlı etirazını bildirib. Rövşən Əkbərov E. Əliyev və M. Şıxalıyevlə mübahisə edib. Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxaliyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Həmin bıçaqla Elçin Əliyevə xəsarət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib.
İttihama münasibət bildirən Rövşən Əkbərov özünü təqsirli bilmədiyini deyib. Proses avqustun 25-də davam etdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:57 / 30.07.2021
General Rövşən Əkbərov: “Özümü təqsirli saymıram”
Hazırda oxunan: General Rövşən Əkbərov: “Özümü təqsirli saymıram”
Hazırda oxunan: General Rövşən Əkbərov: “Özümü təqsirli saymıram”
30487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.