Şamaxıda yəhudiləşən TÜRKLƏR – “Bən Mariya Saltux dze, önkü atım Xatun”

Hazırda oxunan: Şamaxıda yəhudiləşən TÜRKLƏR – “Bən Mariya Saltux dze, önkü atım Xatun”

30484

“Xristian məzar daşının birində yazılıb: Bən Mariya Saltux dze, önkü atım Xatun. Bu yazıdan məlum olur ki, Mariyanın xristianlıqdan qabaqkı adı Xatun imiş”.
 

MÖVZU İLƏ BAĞLI:

Amerika Yəhudi Komitəsindən rəsmi Bakıya daha bir DƏSTƏK


Bizim.Media xəbər verir ki, bu sözləri dilçi alim İlhami Cəfərsoy özünün “Facebook” səhifəsində palaşıb.

Ziyalının fikrincə, Şamaxı ilə Dərbənd arasında, Naxçıvanla Batumi arasında yalnız alban və iver əlifbaları ilə yox, yevrey əlifbası ilə yazılmış yüzlərlə qəbir daşları var idi.

Onların çoxu məhv edilib:

“Yaxşı ki, hələ XIX əsrin əvvəllərində Karaim və Krımçaq əsilli qafqazşünaslar onların bir qisminin surətini çıxarmışlar. 170 il bundan əvvələ qədər Şamaxı yaxınlığında Anaşe adlı kənd var idi. Kəndin əhalisi Musanın Torasına (Tövrat) tapınan azərbaycanlılar idi. Anaşe ilahə Ana övladları deməkdir.

Onlar Quba ilə Dərbənd arasına köçdülər. Ümumi adla cuhud adlandırılan o xalqın bir hissəsi yəhudi mənşəli deyildir, türk mənşəlidir. Onların əcdadları olan Ana, Dana, Kuzan, Kür nəsilləri firon zülmündən qurtulmaq üçün Musa peyğəmbərə qoşulub Misirdən Fələstinə, oradan Qafqaza qaçdılar. Bir hissəsi məhv oldu, bir hissəsi Xəzər türk xaqanlığını yaratdı. Bu barədə bilgilərimiz azdır. Çoxlarımız bilmirik ki, Kiyevin və Sarkel knyazlarının ilk sərəncamları türk və yevrey (yəhudi) əlifbaları ilə yazılırdı. Bizim elm və təhsil sistemimiz milli bünövrə üzərində qurulmasa, bunlardan xəbərsiz qalacağıq”.

Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin