Xəbər verdiyimiz kimi, iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib. İnformasiya Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən təsdiqlənib.
Parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı mövzu ilə bağlı fikirlərini bildirib.
Bizim.Media xəbər verir ki, o, yerli mətbuata açıqlamasında faktın Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcəyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Deputat Eldəniz Səlimov polisi döydü - RƏSMİ
Onun fikrincə, iclasda baş verən hadisənin detalları müzakirə ediləcək və deputat öz cəzasını alacaq.
Fəzail Ağamalı hesab edir ki, deputatın öz vəzifə səlahiyyətlərinə görə belə hala yol verməsi qəbuledilən deyil: “Hər kəs qanun qarşısında cavabdehdir”.
Bizim.Media