“Semaşko” xəstələrə “baralgin” verilməsini dayandırdı

Hazırda oxunan: “Semaşko” xəstələrə “baralgin” verilməsini dayandırdı

30436

"Semaşko” kimi tanınan 1 saylı Şəhər Xəstəxanasında baralgin ağrıkəsicilərinin xəstələrə pulsuz verilməsi dayandırılıb. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. 

Mənbənin bildirdiyinə görə, həkimlər bunu “yuxarıların” baralginin pulsuz paylanmasına qoyduğu qadağa ilə izah ediblər: “İki gün bundan öncə palataları dolaşan həkimlər bundan sonra baralgin ağrıkəsicilərinin pulsuz verilməyəcəyini bildirib. Həkimlərin sözlərinə görə, buna səbəb “yuxarıların” baralginləron pulsuz verilməsinə qoyduğu qadağadır. Bundan sonra baralgin də digər agrıkəsicilər kimi pulla satılacaq”.

Məlumat üçün qeyd edək ki, baralginin adı Səhiyyə Nazirliyi tərəfindən tərtib edilən və pulsuz dərmanların adları dərc olunan siyahıda 8-ci sıradadır. O dədər də təsirli ağrıkəsici hesab edilməyən baralgin yalnız yüngül və orta ağrıların qarşısının alınmasında istifadə olunur. 

 

Şamil


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin