Xaçmaz rayonunun Çarxı kəndi ərazisində-Gəndab-Yalama yolunun 18-ci km-də baş verən qəzanın təfərrüatları məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xaçmazın Qədməliqışlaq kənd sakini,26 yaşlı Əmirağa Əfqan oğlu Zeynalov idarə etdiyi "Vaz-21011"markalı avtomobillə magistral yoldan Çarxı kəndinə dönərkən qarşıdan gələn Şabran şəhər sakini, 20 yaşlı Hikmət Şahlar oğlu Balabəyovun idarə etdiyi "Hundai"markalı avtomobilin qarşısına çıxıb.
Toqquşan hər iki avtomobil kiçik su kanalına aşıb.Nəticədə "Vaz-21011"markalı avtomobilin sürücüsü Əmirağa Zeynalov və sərnişini, Alıcqışlaq kənd sakini, 17 yaşlı Hidayət Fərman oğlu Pirverdiyev müxtəlif xəsarətlərlə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq 17 yaşlı Hikmət Pirverdiyev xəstəxanada keçinib. Avtomobildə olan iki qadın sərnişin isə stress keçirsələr də xəsarət almayıblar.
"VAZ-21011"markalı avtomobilin sürücüsü və sərnişinləri Çarxı kəndinə bir neçə gün sonra olacaq toy üçün gəlin otağını bəzəməyə gedirlərmiş. Qəza faktını DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsi araşdırır.Fakta görə CM-nin 263.2 .maddəsilə cinayət işi başladılıb.
Hadisədə hansı sürücünün təqsirkar olmasını təyin ediləcək avtotexniki ekspertizanın rəyi müəyyən edəcək.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:27 / 29.07.2021
Xaçmazda evi bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü - Təfərrüat
Hazırda oxunan: Xaçmazda evi bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü - Təfərrüat
Hazırda oxunan: Xaçmazda evi bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü - Təfərrüat
30398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.