İki gündə hansı çaylar daşıb? - AÇIQLANDI 

Hazırda oxunan: İki gündə hansı çaylar daşıb? - AÇIQLANDI 

30387

Son günlər Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq bəzi çaylarda sel baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, iyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arada leysan xarakterli yağış yağıb.

İntensiv yağışların nəticəsində Baləkən-Şəki bölgəsindən axan Əyriçay, Kürmükçay, Balakənçaydan qısamüdətli sel keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sabaha olan hava PROQNOZU


Eyni zamanda Mingəçevir su anbarına tökülən Qabırlı çayının Kəsəmən məntəqəsində və Qanıqçayda sululuq artıb. Eləcə də respublikanın digər çaylarında da suyun səviyyəsi artıb.

Verilən məlumaata görə yağan yağışların davam etməsi ilə bağlı çayların sululuğu hələ bir müddət davam edəcək.

Qarşıda isə respublikanın rayonlarında yağışlı günlər hələ davam edəcək.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin